Türkiyənin Malatya vilayətində 5,9 maqnitudalı zəlzələ baş verib.
Bu barədə məlumatı Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) yayıb. Malatyanın Kale bölgəsində qeydə alınan zəlzələ Diyarbəkir, Elazığ, Kahramanmaraş, Tokat və Adıyamanda da hiss olunub.
Dağıntı və tələfat barədə hələ məlumat verilməyib.
Ölkənin daxili işlər naziri Ali Yerlikaya zəlzələdən sonra bölgədə monitorinqə başlanıldığını açıqlayıb.