Türkiyədə güclü partlayış: ölü və yaralılar var - Video

Türkiyənin İstanbul şəhərinin Şirinevlər məhəlləsindəki yaşayış binasında partlayış baş verib. 

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, partlayış nəticəsində 1 nəfər ölüb, 2 nəfər isə yaralanıb. Hadisə yerinə polis, təcili tibbi yardım və yanğınsöndürmə briqadaları göndərilib.

Partlayışın qaz sızması nəticəsində baş verdiyi bildirilib.