Türkiyədə daha bir zəlzələ - İnsanlar küçələrə axışdı - YENİLƏNİR

Bu dəqiqələrdə Qəhrımanmaraş, Kayseri, Sivas, Qaziantep və Adanada daha bir şiddətli zəlzələ baş verib.

Bizimxeber.az Türkiyə KİV-lərinə verilən məlumata görə, zəlzələ əvvəlkilərdən şiddətli olub və ətraf şəhərlərdə də hiss olunub.

Təşvişə düşən insanlar küçələrə çıxmağa məcbur olub.

Rəsmilər evlərinə ciddi ziyan dəymiş vətəndaşlara evlərinə girməmək barədə xəbərdarlıq edib.

***
Qeyd edək ki, zəlzələnin əsas mərkəzi Qəhrəmanmaraşın Göksun rayonu olub. Zəlzələ 5,1 bal gücündə, 12 km dərinliyikdə olub.

***
Verilən məlumata görə, zəlzələ davamlı olaraq davam edir... Küçələrə axışan insanlar zəlzələnin durmadan ardıcıl olartaq davam etdiyini bildirirlər.