Türkiyənin cənub-qərbində, Muğla vilayətinin Datça rayonu sahilləri yaxınlığında Rixter cədvəli üzrə 4,7 bal gücündə zəlzələ baş verib.
Bizimxeber.az bildirir ki, bu barədə AFAD məlumat yayıb .
AFAD-dan verilən məlumata görə, dekabrın 22-də axşam saatlarında ölkənin cənub-qərbində Rixter cədvəli üzrə 4,7 bal gücündə zəlzələ baş verib.
Güclü zəlzələnin episentri Aralıq dənizində, Muğla vilayətinin Datça rayonunda sahildən 224,21 km aralıda qeydə alınıb. Zəlzələ saat 19:09-da baş verib, episentri 7,03 km dərinlikdə yerləşib.
Xatırladaq ki, 2023-cü il fevralın 6-da Türkiyənin cənub-şərqində və Suriyanın qonşu ərazilərində 7,7 və 7,6 bal gücündə iki zəlzələ baş vermişdi. Hər iki ölkədə dağıntılar nəticəsində ölənlərin sayı 50 mini keçib. Bundan sonra daha üç əhəmiyyətli zəlzələ baş verdi ki, bu da binaların dağılmasına və onlarla insanın ölümünə səbəb oldu.