"Türkiyədə baş verən zəlzələ son yüz ildə Avropanın ən dəhşətli təbii fəlakətidir".
Bizimxeber.az bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun direktoru Hans Kluge keçirdiyi mətbuat konfransında deyib.
Kluge bildirib ki, fəlakətin miqyası dəqiqləşdirilir.
Onun sözlərinə görə, zəlzələ nəticəsində Türkiyədə 35 mindən çox insan ölüb, 100 minə yaxın insan yaralanıb, Suriyada isə 5 mindən çox insan ölüb: “Bütün bu rəqəmlərin artacağı ehtimalı var”.