Türkiyə hərbi bazası Azərbaycana lazımdırmı? - Əliyev cavablandırdı

"Azərbaycan və Türkiyə xarici təcavüz halında bir-birinə kömək edəcəklərini öhdələrinə götürüblər, ona görə də Ankaranın hərbi mövcudluğu tələb olunmur".

Bizimxeber.az bildirir ki, bu barədə Azərbaycan prezidenti İlham Əliyev “Russia Today”ın rəhbərinə verdiyi müsahibəsində deyib.

"Bir sözlə, lazım deyil.  Bu, həm Azərbaycanın, həm də Türkiyənin bu və ya digər ölkə xarici təhlükə, xarici təcavüzlə üzləşdiyi təqdirdə köməyə gəlmək öhdəliyidir. Ona görə də bəyannamənin bu bəndi mahiyyət etibarilə konkret ərazidə daimi hərbi infrastrukturun yaradılmasını tamamilə lüzumsuz edir ”, - deyə Əliyev bildirib .

Prezident əlavə edib ki, bu gün dünyada bir hərbi bazanı gizlətmək demək olar ki, mümkün deyil: "30 ildən artıq hərbi əməkdaşlıq dövründə Türkiyə Azərbaycan ordusunun modernləşdirilməsində böyük rol oynayıb və Bakı Ankaranın sayəsində “hərbi əməliyyatlarda yüksək dərəcədə operativliyə” nail olub. Azərbaycan prezidenti göstərdiyi köməyə görə Türkiyəyə təşəkkür edib".