Türkiyə Aİ-nin Egey və Aralıq dənizləri üçün dəniz məkan planlama xəritələrini etibarsız və hüquqi qüvvəyə malik olmayan sənəd adlandırıb.
Bizimxeber.az bildirir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Biz bu planlaşdırma ilə Türkiyənin hüquqlarının pozulmasına icazə verməyəcəyik” deyə, məlumatda bildirilir: "Aİ-nin suveren dövlətlər arasında dəniz mübahisələrini şərh etmək səlahiyyəti yoxdur. Aİ-nin bu cür təşəbbüslərdə iştirakı bu mübahisələrin həllini çətinləşdirir".
Türkiyə Xarici İşlər Nazirliyi, həmçinin Aİ-nin birtərəfli cəhdlərinin “bir-biri ilə əlaqəli Egey problemlərinə hərtərəfli, ədalətli və uzunmüddətli həll yolu tapmaq səylərinə xələl gətirdiyini” bəyan edərək, problemlərin “beynəlxalq hüquq və mehriban qonşuluq əsasında” həll edilməli olduğunu vurğulayıb".