Türkiyə ABŞ-dan 40 "F-16" qırıcısı alır

Türkiyə 40 ədəd "F-16" qırıcı təyyarəsi almaq istəyir. 

Rəsmi Ankara bununla bağlı artıq ABŞ-a müraciət edib. Türkiyə həmçinin hərbi arsenalındakı 80 ədəd "F-16"nı modernləşdirmək niyyətindədir.

Sifarişin dəyərinin milyardlarla dollar olduğu təxmin edilir. Satışın gerçəkləşməsi üçün ABŞ Dövlət Depatamenti və Konqresin təsdiqi olmalıdır.