Trüdonu kim əvəz edəcək?

İngiltərə və Kanada banklarının keçmiş rəhbəri Mark Karni baş nazir Castin Trüdo istefa verdikdən sonra Kanada Liberal Partiyasının lideri ola bilər.

Bizimxeber.az bildirir ki,I bu barədə Financial Times yazıb.

Qeyd olunur ki, maliyyəçi yaxın günlərdə bu ehtimalı ailəsi ilə müzakirə etməyi planlaşdırır.

İngiltərə Bankının və Kanada Bankının keçmiş qubernatoru Mark Karni bu həftə baş nazir Castin Trüdonun istefa verməsindən sonra Kanada Liberal Partiyasının liderliyinə namizədliyini irəli sürməyi düşünür.