ABŞ prezidenti Donald Tramp və Kanadanın baş naziri Castin Trüdo arasında tarif mübahisəsi fonunda telefon danışığı olub.
Bizimxeber.az bildirir ki, bu barədə CNN məlumat yayıb.
Telekanalın mənbələri Tramp və Trüdo arasındakı söhbətlə bağlı hər hansı təfərrüat verməyib. Bununla belə, CNN-in Ağ Evdəki mənbələri zənglə bağlı məlumatın tezliklə ictimaiyyətə açıqlanacağını gözləyir.
Xatırladaq ki, martın 4-dən Donald Tramp Kanada və Meksikadan idxal olunan məhsulların əksəriyyətinə 25% rüsum tətbiq edib. Buna cavab olaraq, Baş nazir Castin Trudeau 155 milyard dollarlıq Amerika mallarına 25% tarif tətbiq ediləcəyini açıqladı.Kanadanın Ontario əyaləti tariflərə görə qisas alacağını açıqladı ki, Amerika "ağrısını hiss etsin".