ABŞ prezidenti seçilən respublikaçı Donald Tramp ilk səfərini Fransanın paytaxtı Parisə edəcək.
Bizimxeber.az bildirir ki, bu barədə o, özü məlumat verib. Qeyd olunur ki, o, burada yanğından sonra bərpa edilmiş Notr-Dam kilsəsinin açılışına qatıəlacaq.
Donald Trampın sözlərinə görə, Fransa prezidenti Emmanuel Makron kafedralın bərpasında böyük iş görüb və onun açılışı hamı üçün xüsusi gün olacaq.
Fransa noyabrın 5-də keçiriləcək prezident seçkilərində qalib gəldikdən sonra Trampın səfər edəcəyi ilk ölkədir. Onun andiçmə mərasimi 2025-ci il yanvarın 20-də baş tutacaq və o, rəsmi olaraq həmin tarixdən mandatına başlayacaq.
Parisin simvollarından biri, UNESCO tərəfindən Ümumdünya Mədəni İrsi Saytı kimi tanınan Notr-Dam Katedrali 2019-cu ilin aprel ayında baş verən yanğın nəticəsində xeyli ziyan görüb. Məbədin şilləsi, saatı və damının bir hissəsi dağılıb. Notr Damın yenidən qurulması beş il çəkib.