Trampın xüsusi elçisi Witkoffun təyyarəsi Rusiyaya gedir

ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Vitkovu daşıdığı güman edilən Gulfstream G650ER təyyarəsi Qətərdən şimala uçur.

Bizimxeber.az bildirir ki, bu barədə Flightradar24 məlumat yayıb.

Qeyd edək ki, media daha əvvəl siyasətçinin Rusiyaya mümkün səfəri barədə məlumat yayıb. 

Uçuş məlumatları, o cümlədən gediş və gəliş yerləri gizli olsa da, təyyarənin trayektoriyasını xəritədə görmək olar. Təyyarənin hərəkətinə əsasən, Türkiyə hava məkanından şimala doğru gedir.

Ağ Evin mətbuat katibi Karolin Leavitt bildirmişdi ki, Witkoff bu həftə Moskvaya səfər edəcək . O, Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlar aparmaq üçün Rusiyaya gələcək.