ABŞ prezidenti Donald Trampın qızı, 43 yaşlı İvanka Vaşinqtonda Milli Tikinti Muzeyində keçirilən qala şam yeməyində Oscar de la Renta brendinin kristalları olan libasda görünüb.
Bizimxeber.az bildirir ki, instagram istifadəçiləri moda brendini Amerika liderinin qızı ilə əməkdaşlıq etdiyinə görə tənqid ediblər.
Trampın qızı tədbir üçün kristallar və mirvarilərlə işlənmiş çiyinləri açıq paltar seçib. O, görünüşünü uyğun papağı ilə tamamlayıb. Moda evi həmin görüntüləri sosial şəbəkələrdə paylaşsa da, abunəçilər brendi tənqid ediblər.
"Qəşəng paltar, amma səhv model. Çox kədərli və utanc vericidir"deyə Oscar de la Renta abunəçiləri yazıb.