Trampın ixtisarları ABŞ donanmasına çatdı

Pentaqon ABŞ hərbi donanmasını azaltmaq niyyətindədir.

Bizimxeber.az bildirir ki, yayılan məlumatlara görə, hazırda ABŞ hərbi rəsmiləri "nəyi azaltmaq olar" proqramların siyahılarını tərtib edirlər.

Qeyd olunur ki, Pentaqon ABŞ Hərbi Dəniz Qüvvələrinin 17 logistik gəmisini işə götürmə böhranı səbəbindən gəmilərdə xidmət edəcək heç kim olmadığı üçün artıq ləğv edib. Silinmə proqramına köhnə nəsil pilotsuz təyyarələr, köhnəlmiş zirehli maşınlar, freqatlar və sahil zonası gəmiləri də daxildir.

Qeyd edək ki, bu arada ABŞ-ın müdafiə naziri Pit Heqset bildirmişdi ki, ABŞ Ukraynaya hərbi yardımın həcmini ya azalda, ya da artıra bilər. Həmçinin ABŞ prezidenti Donald Trampın 20 min amerikalı hərbçini Avropadan çıxarmağı planlaşdırdığını da açıqlayıb.