"Trampın bəyanatları bütün Respublikaçıların fikirlərini əks etdirmir" - Don Bekon

ABŞ Konqresinin Nümayəndələr Palatasının Respublikaçı üzvü Don Bekon bildirib ki, prezident Donald Tramp ukraynalı həmkarı Vladimir Zelenskini diktator adlandırmaqda səhv edib. 

Bizimxeber.az bildirir ki, bu barədə Amerikalı konqresmenin bəyanatını “The Hill” nəşri yayıb.

Bekon qeyd edib ki, o, prezident Trampın Zelenski haqqında dediklərini yanlış hesab edir və əlavə edib ki, bu, biabırçılıqdır: "Prezident Tramp fasilə verməlidir, və yenidən başlamalıdır. O, səhv yolla gedir".

Konqresmen Zelenskinin demokratik yolla seçildiyini və ölkə konstitusiyasının Rusiyanın işğalı səbəbindən tətbiq edilən hərbi vəziyyətlə seçkilərin təxirə salınmasına imkan verdiyini vurğulayıb. O, həmçinin Trampın Ukraynanın Rusiya ilə müharibəyə başlamaması barədə bəyanatına cavab verib və vurğulayıb ki, Amerika prezidentinin bu bəyanatları bütün Respublikaçılar Partiyasının fikirlərini əks etdirmir:"Bir çox respublikaçılar bilir ki, prezidentin bu gün dedikləri yanlışdır. Putin bu işğalı başlatdı. O, diktatordur. O, bütün rəqiblərini öldürdü. Zelenski qanuni olaraq seçilib", - Bekon qeyd edib.

O, Trampı azadlığın, demokratiyanın tərəfində, işğalçının deyil, qurbanın tərəfində dayanmağa və doğru olanı müdafiə etməyə” çağırıb.