Trampın azad etdiyi Aleksandr Vinnik Rusiyaya qayıtdı

Rusiya vətəndaşı Aleksandr Vinnik Rusiyaya göndərilib.

Bizimxeber.az bildirir ki, bu barədə onun vəkili Arkadi Bux məlumat verib. Vəkil deyib ki, Rusiya vətəndaşı Türkiyəyə təyyarə ilə gəlib. Daha sonra başqa reyslə Rusiyaya uçub.

Qeyd edək ki, 2017-ci ildə proqramçı Aleksandr Vinnik FTB-nin tələbi ilə Yunanıstanın Xalkidiki yarımadasındakı çimərlikdə həbs edilib. Amerika prokurorluğu Rusiya vətəndaşını qurduğu BTC-e birjası vasitəsilə cinayət yolu ilə əldə etdiyi 4 milyard dolları yumaqda ittiham edib və Vinnik də kiber fırıldaqçılıq, Mt.Gox Yapon birjasını sındırmaq və narkotik ticarəti ilə ittiham olunub.

Rusiya vətəndaşı Vinnik amerikalı Mark Vogellə dəyişdirilib.