ABŞ prezidenti Donald Tramp Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloqdan Ukrayna münaqişəsinin 100 gün ərzində bitməsinə nail olmağı xahiş edib.
Bizimxeber.az bildirir ki, Amerikanın yeni lideri Ukrayna üzrə danışıqlar prosesinin gedişinə özü nəzarət etmək niyyətindədir.
Amma ekspertlər bunun mümkün olmayacağını bildirirlər.
Tramp ümid etdiyini bildirib ki, Rusiya prezidenti ilə Ukrayna üzrə danışıqlar yaxın altı aydan daha tez baş tuta bilər.
Bundan əvvəl o, Ukraynadakı münaqişənin danışıqlar yolu ilə həllinə nail olacağına söz vermişdi. Tramp dəfələrlə bəyan edib ki, o, Ukraynadakı münaqişəni bir gündə həll edə bilər. Rusiya Federasiyası hesab edir ki, bu, belə sadə həll üçün çox mürəkkəb problemdir.