Trampdan nüvə açıqlaması - "ABŞ vətəndaşları ancaq dua etməlidir"

"Putin Belarusda nüvə silahı yerləşdirsə Amerika vətəndaşlarına ancaq dua etməlidir".

Bizimxeber.az bildirir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib.

Onun sözlərinə görə, indi Vaşinqton “təhlükəli şeylərlə” oynayır. Bu vəziyyətin yaranmasının səbəbkarı indiki hakimiyyətdir. Hökuməti səriştəsiz insanlar idarə edəndə belə olur. Hazırda edə biləcəyiniz tək şey "dua etmək"dir".

Tramp bildirib ki, Ukrayna böhranı dərhal başa çatmalıdır. Müharibə uzadıqca daha ciddi problemlər yaranacaq və Rusiyanın qarşısını almaq mümkün olmayacaq.