Tramp Zelenskinin məktubunu dərc etdi

Donald Tramp, Ukrayna prezidenti Vladimir Zelenskinin ondan görüş istədiyi məktubu sosial şəbəkə hesabında edib.

Bizimxeber.az bildirir ki, məktubda Zelenski, müharibənin ədalətli sülhlə başa çatması üçün ABŞ-ın dəstəyinin vacibliyini vurğulayıb və Trampla görüşmək istədiyini bildirib.

Zelenski, cümə günü Nyu Yorkda olacağını qeyd edərək, bu görüşün müharibənin sona çatması üçün vacib olduğunu ifadə edib.

 

 

Məktubda, “Bir neçə gün əvvəl biz sizinlə görüş xahiş etdik və mən sizin fikirlərinizi birbaşa eşitmək istəyirəm,” – deyə yazılıb.

Məktub, Trampa Ukraynanın ABŞ-dakı səfirliyinin missiyasının rəhbərinin müavini Denis Sienik vasitəsilə çatdırılıb.