Tramp Zelenski ilə vidalaşmaq istəyir - Seçki yolu ilə...

ABŞ xüsusilə, atəşkəs razılaşması əldə olunarsa, Ukraynanın seçki keçirməsini istəyib.

Bizimxeber.az bildirir ki, bunu Donald Trampın Rusiya-Ukrayna müharibəsi üzrə seçdiyi xüsusi elçisi general Keyt Kelloq deyib.

Kelloqun fikrincə, Ukraynada hərbi vəziyyət dövründə Ukrayna qanunları ilə qadağan edilən prezident və parlament seçkiləri keçirməlidir.

"Demokratik ölkələrin əksəriyyəti müharibə zamanı seçki keçirir. Məncə, bu, çox vacibdir. Bu demokratiya üçün yaxşıdır. Bu, güclü demokratiyanın gözəlliyidir ki, sizdə potensial olaraq namizəd ola biləcək birdən çox adam var", - o əlavə edib.

Qeyd edək ki, prezident Vladimir Zelenski də bildirmişdi ki, əgər hərbi əməliyyatlar dayandırılsa və Rusiyanı yenidən təcavüzdən çəkindirən güclü təhlükəsizlik təminatları yaradılarsa, Ukrayna bu il seçkilər keçirə bilər.