ABŞ prezidentinin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq gələn həftə Ukraynaya səfər edəcək.
Bu barədə CNN- ə Ukrayna hökumətindəki mənbələr məlumat verib. Telekanalın mənbəsinin sözlərinə görə, Kelloqun səfəri fevralın 20-nə planlaşdırılıb. Telekanal Trampın nümayəndəsinin səfəri ilə bağlı başqa təfərrüat vermir.
Kelloq bu yaxınlarda Ukrayna Prezidentinin Aparatının rəhbəri Andriy Yermakla telefonla danışıb, bu zaman onun qarşıdan gələn səfəri də müzakirə olunub.
Qeyd edək ki, Kelloq fevralın 14-dən 16-dək keçiriləcək Münhen Təhlükəsizlik Konfransında iştirak edəcək.