ABŞ prezidentinin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq bu gün Kiyevə gəlib.
Bizimxeber.az bildirir ki, o, Ukrayna hökumətinin nümayəndələri ilə görüşəcək.
Kellogq missiyasının bir hissəsinin dinləmək olduğunu və Vaşinqtona qayıtdıqdan sonra müharibəni bitirmək istəyən prezident Trampla söhbət edəcəyini bildirib.
Ukraynaya səfərindən əvvəl Keyt Kelloq Münhen Təhlükəsizlik Konfransında iştirak edib. Kelloq ABŞ və Rusiya nümayəndə heyətləri arasında fevralın 18-də Səudiyyə Ərəbistanında baş tutan görüşdə iştirak etməyib.