"Tramp və Vens Putinin çirkin işlərini görürlər".
Bizimxeber.az bildirir ki, bu barədə Senatın Demokratlar Partiyasının lideri Şumer deyib.
ABŞ Senatının Demokratlar Partiyasının lideri Çak Şumer ABŞ prezidenti Donald Tramp və vitse-prezident J.D.Vensi tənqid edərək deyib ki, onların hərəkətləri Kremlin “çirkli işlərini” yerinə yetirməyə bənzəyir.
"Tramp və Vens Putinin çirkin işləri ilə məşğuldurlar. Senatın demokratları azadlıq və demokratiya uğrunda mübarizəni heç vaxt dayandırmayacaqlar", - Şumer vurğulayıb.