Tramp üçün çətin adam - Kanada Mark Karnini seçdi

Kanada Bankının keçmiş qubernatoru Mark Karni Liberal Partiyasının lideri seçilərək yanvar ayında istefa verən baş nazir Castin Trüdonun yerinə keçəcək.

Bizimxeber.az bildirir ki, Kristia Frilənd kimi siyasi təcrübəyə malik namizədləri geridə qoyan 59 yaşlı iqtisadçı daha əvvəl Goldman Sachs-da çalışıb və həm Kanada, həm də İngiltərə Banklarına rəhbərlik edib. O, beynəlxalq iqtisadi təcrübəsi ilə xüsusilə ABŞ-ın gömrük rüsumları siyasəti fonunda Tramp administrasiyası ilə danışıqlar aparmaq məcburiyyətində qalacaq.

Qələbə nitqində Mark Karni bildirib ki, "bu, artıq etibar edə bilməyəcəyimiz bir ölkənin ABŞ-ın gətirdiyi qaranlıq günlərdir."

O, Kanadanın yeni iqtisadiyyat qurmalı və yeni əlaqələr yaratmalı olduğunu vurğulayıb.

Castin Trüdo ilə hakimiyyətin təhvil-təslimi yaxın günlərdə baş tutacaq. Karni ilin sonunda keçiriləcək parlament seçkilərində qalib gəlməyə çalışacaq.