ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Kanada Baş naziri Castin Trüdo ilə görüşü zamanı Ottavanın qanunsuz miqrasiya və narkotik qaçaqmalçılığı problemini həll edə bilməyəcəyi təqdirdə Kanadanın ABŞ-ın 51-ci ştatı ola biləcəyi ilə hədələyib.
Bu barədə “Foks Nyus” mənbələrinə istinadən məlumat yayıb.
“Keçən həftə Mar-a-Laqodakı iqamətgahında keçirilən danışıqlarda Tramp Trüdoya bildirib ki, 2025-ci il yanvarın 20-də andiçmə günü Ottava qanunsuz miqrantların Kanada sərhədindən ABŞ-a axını ilə bağlı vəziyyəti kökündən dəyişə bilməsə, bütün Kanada mallarına 25% idxal rüsumları tətbiq edəcək.
Trüdo da öz növbəsində deyib ki, bu cür tədbirlər Kanada iqtisadiyyatını öldürə bilər. Tramp isə cavabında Kanadanın o zaman yəqin ki, ABŞ-ın 51-ci ştatı ola biləcəyini vurğulayıb. Bu ifadə Kanada baş nazirinin əsəbi gülüşünə səbəb olub”, - mənbə qeyd edib.