Donald Tramp vəzifədə olduğu ilk gündə transseksual əsgərləri ordudan uzaqlaşdıracaq fərman imzalayacaq.
Bizimxeber.az bildirir ki, bu barədə “The Independent” nəşri yazıb.
O, əslində transseksualların hərbi xidmət keçməsini qadağan edəcək, sonra isə onları tibbi səbəblərə görə işdən çıxaracaq.
Qəzet xatırladır ki, ilk prezidentlik dövründə Tramp artıq transların işə götürülməsini qadağan etmişdi, lakin sonra onun qərarına əsasən, artıq xidmət edən transgenderlər silahlı qüvvələrdə öz mövqelərini qoruyub saxlayacaqlar. Amma Co Bayden bu qərarı ləğv etmişdi.
Ümumilikdə Amerika ordusunda 15 min transgender xidmət edir; bəziləri yüksək rütbəli zabitlərdir.