Tramp Rusiyanın qərarını dəstəklədi: "Əsaslıdır"

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Vladimir Putinin Donetsk və Luqansk Xalq Respublikalarının müstəqilliyini tanımaq qərarını şərh edib.

Bizimxeber.az xarici mətbuata istinadən bildirir ki, o, bu qərarın çox əsaslı olduğunu deyib.

"Dünən televiziyada bunu görəndə dedim ki, "bu, parlaqdır, əsaslıdır. Putin Ukraynanın böyük hissəsini müstəqil elan edir. Oh, bu, əladır. Bu, ən böyük sülhməramlı qüvvədir... Biz istifadə edə bilərdik. o, bizim cənub sərhədimizdədir. Bu, indiyə qədər gördüyüm ən güclü sülhməramlı qüvvədir”, - Tramp Amerikanın “The Clay Travis and Buck Sexton Show” podkastına müsahibəsində deyib.

Həmçinin, ABŞ-ın eks-prezidenti vurğulayıb ki, onun prezidentliyi dövründə Ukraynada vəziyyət daha sakit olub, o cümlədən Vladimir Putinlə münasibətlər də.