ABŞ prezidentinin elçisi Stiven Vitkoff 3 ildən çox narkotik saxlama ittihamı ilə Rusiyada həbs olunan amerikalı müəllim Mark Vogeli azad etmək üçün fevralın 11-də Moskvaya səfər edib.
Bizimxeber.az bildirir ki, Ağ Ev rəsmi olaraq səfəri təsdiqləyib.
The New York Times-ın məlumatına görə, Donald Trampın milli təhlükəsizlik müşaviri Maykl Volz bildirib ki, Vitkoff ABŞ prezidentinin göstərişi ilə Vogeli mübadilə çərçivəsində Rusiyadan alınıb.
Tramp administrasiyasının bu mübadilə üçün hansı addımlar atdığı açıqlanmayıb. Həmçinin, Vitkoffun Moskvada hansı rəsmi şəxslərlə görüşdüyü məlum deyil.
Qeyd edək ki, Mark Vogel 2021-ci ilin avqustunda tibbi marixuananı idxal etməkdə ittiham olunaraq Rusiyada həbs edilib və 2022-ci ildə 14 il müddətinə azadlıqdan məhrum edilib.
Məlumata görə, Trampa məxsus Gulfstream biznes-jeti Moskvaya gəlib və məhbus mübadiləsi həyata keçirilib. Xatırladaq ki, 2024-cü ilin avqustunda Türkiyədə Rusiya ilə Qərb arasında 24 məhbusun mübadiləsi aparılmışdı.