ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp NATO üzvlərinin ÜDM-in 5%-ni müdafiəyə xərcləməsini zəruri hesab etdiyini təsdiqləyib.
Bizmxeber.az bildirir ki, bu barədə o, Mar-a-Laqo malikanəsində keçirdiyi mətbuat konfransında bildirib.
Tramp məhz birinci prezidentliyi dövründə alyansın müdafiə xərclərini artırmağa nail olduğunu və Avropanın daha az xərcləyərkən ABŞ-dan daha çox təhlükə ilə üzləşdiyini bildirib.