Tramp Kim Çenlə yenidən danışıqlar masasına oturur


ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın ətrafı Şimali Koreya lideri Kim Çen In ilə birbaşa danışıqların mümkünlüyünü müzakirə edir və bunun Koreya yarımadasında silahlı münaqişə riskini azaldacağı güman edilir.

Bizimxeber.az bildirir ki, bu barədə  “Reuters ” məlumat verib. 

Nəşrin yazdığına görə, Trampın komandası Vaşinqton və Pxenyan arasında əlaqə yaratmaq üçün ən çox ehtimal olunan yol kimi Kim Çen Inla birbaşa əlaqəni görür.

“Reuters” həmçinin qeyd edir ki, Şimali Koreya tərəfinin Trampla əlaqəni bərpa etmək istəyi naməlumdur. Bildirilir ki, yerli media Trampın ABŞ seçkilərində qələbəsi haqda belə heç bir xəbər yaymayıb.