Tramp Kapitoliyə hücumda ittiham olunanları əfv etməyi planlaşdırır

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp 2021-ci il yanvarın 6-da Kapitoliyə, Konqres binasına hücumda ittiham olunan tərəfdarları əfv etməyi planlaşdırır. 

Bizimxeber.az "NBC News"-a müsahibədə Tramp deyib ki, o, ilk gündə çox tez hərəkət edəcək, çünki onun mühakimə olunan tərəfdarları “cəhənnəmdə yaşayır”.

Donald Tramp deyib ki, əfv “radikallar” və “dəlilər”ə şamil edilməyəcək: "Konqres Nümayəndələr Palatasının Kapitoliyə hücumla bağlı istintaq komissiyasının fəaliyyətində iştirak etmiş bəzi üzvləri həbsxanaya göndərilməlidir" deyə Tramp bildirir.

Qeyd edək ki, Kapitoliyə hücumda ən azı 1572 nəfər ittiham olunub. Artıq məhkəmənin hökmü ilə onlardan 645-i müxtəlif müddətlərə azadlıqdan məhrum edilib.