Tramp Kanadadan idxala 25 faizlik gömrük rüsumu tətbiq edir

ABŞ prezidenti Donald Tramp administrasiyasının fevralın 1-dən Meksika və Kanadadan idxala 25 faizlik gömrük rüsumları tətbiq edəcəyini elan edib.

Bizimxeber.az "The Hill"ə istinadən bildirir ki, Tramp deyib ki, o və onun administrasiyası Meksika və Kanadaya 25 faizlik tarifləri nəzərdən keçirirlər, çünki onlar çoxlu sayda insanın ölkəyə girib fentanil idxalına icazə verirlər.

“Düşünürəm ki, biz bunu fevralın 1-də edəcəyik”, - deyə o, vaxtla bağlı suala cavab verib.

Xatırladaq ki, Tramp seçki kampaniyası zamanı Çin mallarına 60 faiz, eləcə də Kanada və Meksikadan gələn bütün mallara 25 faiz rüsum tətbiq edəcəyini vəd etmişdi.