ABŞ prezidenti Donald Tramp Kanada ilə bağlı qərarlarını təxirə salıb.
Bizimxeber.az bildirir ki, o bu qərara Kanadanın baş naziri Castin Trüdo ilə danışdıqdan sonra gəlib.
Özünün X (Twitter) səhifəsində bu barədə yazan Castin Trudeau deyib ki, o, Trampa Kanadanın sərhəd mühafizəsini gücləndirmək planını necə həyata keçirdiyini, bu plana 1,3 milyard dollarlıq tədbirləri - fiziki və texniki nəzarətin gücləndirilməsini, 10 minə yaxın şəxsi heyətin cəlb edilməsini və Amerika tərəfi ilə qarşılıqlı əlaqənin artırılmasını əhatə etdiyini bildirib.
Xatırladaq ki, Kanada və Meksika Trampın hərəkətlərinə cavab olaraq Amerika mallarına öz 25 faizlik rüsumlarını elan etmişdilər.