ABŞ prezidenti Donald Tramp 2021-ci il yanvarın 6-da Kapitoliya hücumu ilə bağlı qeyri-zorakı cinayətlərə görə məhkum edilmiş insanları əfv etməyi və daha ağır cinayətlərə görə məhkum olunanların cəzalarını azaltmağı planlaşdırır.
Bizimxeber.az CNN-ə istinadən bildirir ki, Kapitoliyə basqın etməkdə təqsirli bilinənlərin bəzilərinin əfv edilməsi onların məhkumluqlarını ləğv etməyəcək, əksinə onların silah sahibi olmaq və ya səsvermə hüququ kimi mülki hüquqlarını bərpa edəcək və sınaq müddətini vaxtından əvvəl başa vuracaq.
Tramp hələ icra sərəncamını imzalamayıb, lakin bunu bazar ertəsi edəcəyi gözlənilir.
Ümumilikdə Kapitoliyə basqınla bağlı 1400-dən çox şəxs ittiham olunub və onlardan 900-dən çoxu artıq cəza alıb. Təxminən üçdə ikisi bir neçə gündən maksimum 22 ilə qədər həbs müddətinə məhkum edildi .
Hazırda Kapitoliyə hücumla bağlı 300-ə yaxın cinayət işi də məhkəmələrdə baxılır.