Tramp: "Harris ABŞ-nin rəqiblərinin əlində "oyuncaq" olacaq"

"ABŞ-nin vitse-prezidenti Kamala Harris noyabrda keçiriləcək seçkidə qalib gəlsə, Vaşinqtonun dünya səhnəsindəki rəqiblərinə qarşı dura bilməyəcək və onların əlində oyuncağa çevriləcək".

Bizimxeber.az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp deyib.

"Onlar üçün çox asan olacaq. O onlar üçün oyuncaq olacaq. Ona baxıb deyəcəklər: "Biz bu qədər şanslı olduğumuza inana bilmirik", - deyə respublikaçı bildirib.

Qeyd edək ki, ABŞ-də prezident seçkisi noyabrın 5-də keçiriləcək.