Tramp Gürcüstan hökümətini inauqurasiyasına dəvət etmədi

Heç kim “Gürcü arzusu” hökumətindən ABŞ prezidenti Donald Trampın andiçmə mərasimində iştirak etmək üçün dəvət almayıb.

Bizimxeber.az bildirir ki, bu barədə “Azadlıq” radiosuna hökumət administrasiyasının mətbuat xidmətindən məlumat verilib. Onların məlumatlarına görə, Mixail Kavelaşvili də dəvət almayıb. 

Qeyd edək ki, Trampın inauqurasiyasında Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili iştirak edəcək. ABŞ Nümayəndələr Palatasının üzvü Co Vilson ona dəvət göndərib.