Sosial media nəhəngi Meta ABŞ-ın keçmiş prezidenti Donald Trampın "Facebook və Instagram hesablarına qoyulmuş qadağanın ləğv ediləcəyini açıqlayıb.
Bizimxeber.az xarici KİV-lərə istinadən bildirir ki, qadağalar Kapitoliyə hücum zamanl tətbiq edilib.
Meta-nın beynəlxalq məsələlər üzrə rəhbəri Nik Kleq açıqlamasında deyib ki, ictimaiyyət siyasətçilərin dediklərini eşitməlidir. Lakin bu o demək deyil ki, bizim platformamızda insanların nə deyə biləcəyi ilə bağlı məhdudiyyətlər yoxdur".