2025-ci ilin yanvarında Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi vəzifəsinə seçdiyi Keyt Kelloq Kiyevə və Avropa paytaxtlarına səfər edəcək.
Bizimxeber.az bildirir ki, bu barədə “Reuters” məlumat yayıb.
Kelloq Kiyevdə Ukrayna rəhbərliyi ilə görüşməyi planlaşdırır və onun komandası Avropanın digər paytaxtlarında, o cümlədən Roma və Parisdə liderlərlə görüşlərin təşkili üzərində işləyir. Kelloqun Avropa turnesi planı hələ hazırlansa da, agentlik mənbələri Moskvaya səfərinin planlaşdırılmadığını bildirir.
Görüşlərdə Ukraynadakı müharibə ilə bağlı danışıqlara deyil, yeni Tramp administrasiyası adından “faktların araşdırılmasına” diqqət yetiriləcəyi gözlənilir.