Tramp bu ölkələrdəki konsulluqları bağlayır

Donald Trampın administrasiyası Dövlət Departamentində xərcləri azaltmaq məqsədilə bütün dünyada ABŞ-ın bir sıra konsulluq və diplomatik nümayəndəliklərini bağlamağı düşünür.

Bizimxeber.əz bildirir ki, bu barədə NBC News məlumat yayıb. 

Bağlana biləcək konsulluqlar arasında Avropa, Kanada, Meksika və Sakit okean adalarındakı konsulluqlar da var. 

Qeyd olunubki, Tramp konsulluqların siyahısını nəzərdən keçirib, lakin hələlik yekun qərar verilməyib, mümkün bağlanma vaxtının hələ müəyyən edilmədiyini qeyd ediblər.

Avropada bağlana biləcək konsulluqların əksəriyyəti Almaniya və Fransada yerləşir. Bəzi konsulluqlar Dövlət Departamenti rəsmilərinin nəzarəti altındadır və onlardan Trampın “Öncə Amerika” gündəliyi ilə uyğunluqlarını qiymətləndirmələri istənilib.