ABŞ prezidenti Donald Tramp Amerikanın MSNBC və CNN telekanallarını “xalq düşməni” adlandırıb.
Bizimxeber.az bildirir ki, o bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb.
"Vay! Rachel Maddow-un dəhşətli reytinqləri var. Tezliklə efirdən çıxarılacaq. MSNBC ölümə yaxındır. CNN dibə vurub. Onlar xalqın düşmənidir”, - Tramp yazıb.