Tramp BRİKS-i hədələdi - "Dollara alternativ tətbiq etsəz..."

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp BRİKS assosiasiyasını öz valyutalarını tətbiq edəcəkləri təqdirdə 100% rüsum tətbiq edəcəkləri ilə hədələyib. 

Bizimxeber.az bildirir ki, bu barədə barədə X (Twitter) səhifəsində yazıb.

"BRİKS ölkələrinin ABŞ kənarda dayanıb seyr etdiyimiz halda dollardan uzaqlaşmağa çalışdığı fikri keçmişdə qalıb” -deyə o bildirib. Onun sözlərinə görə, ABŞ bu ölkələrdən yeni BRİKS valyutası yaratmayacağına dair öhdəlik tələb edir və “qüdrətli ABŞ dolları”nı əvəz edəcək başqa valyutanı dəstəkləməyəcək.

Yeni seçilmiş Amerika lideri deyib ki, əks halda BRİKS üzvü olan ölkələr 100 faiz tariflərlə üzləşəcəklər, onlar “gözəl ABŞ iqtisadiyyatında satışlarla vidalaşacaqlarını” gözləməlidirlər. Onlar başqa əmzik tapa bilərlər! Beynəlxalq ticarətdə BRİKS-in ABŞ dollarını əvəz etməsinə imkan yoxdur və buna cəhd edən hər bir ölkə Amerika ilə vidalaşmalıdır", - Tramp əlavə edib.

Qeyd edək ki, oktyabrda keçiriləcək BRİKS sammiti ərəfəsində “The Economist” Rusiyanın BRİKS-in köməyi ilə ABŞ dollarından asılılığı azaldacaq alternativ beynəlxalq maliyyə sistemi yaratmaq istəyi barədə məlumat verimişdi.