Tramp Baydeni dəli adlandırdı

ABŞ -ın keçmiş prezidenti Donald Tramp Truth sosial şəbəkəsində Milad təbrikində Ağ Evin rəhbəri Co Baydeni dəli adlandırıb,

Bizimxeber.az xarici KİV-lərə istinadən bildirir ki, ABŞ-ın keçmiş prezidenti ölkəni məhv etməyə çalışan radikal solçu marksistlər kimi təsvir etdiyi Demokrat Partiyasının üzvləri də daxil olmaqla, hamını Milad bayramı münasibətilə təbrik edib.

"Federal Təhqiqat Bürosu, zehni cəhətdən zəif olan demokratı parlaq, dərrakəli və ABŞ-ı sevən Donald Tramp üzərində təbliğ etmək üçün sosial və şikəst yayım mediasını qeyri-qanuni şəkildə məcbur edən və pul ödəyir" dedi.

Həmçinin Milad təbrikində o ,"Ədalətsizlik Departamenti" adlandırdığı ABŞ Ədliyyə Departamentini xatırladıb və "hər kəsə sevgi" arzulayıb.

Bundan əvvəl Tramp ölkə Konstitusiyasının ləğvinə, beləliklə, 2020-ci il seçkilərinin nəticələrinin ləğvinə və onun dövlət başçısı vəzifəsinə bərpa olunmasına çağırıb. Onun fikrincə, baş verənlərdə demokratların sıx əməkdaşlıq etdiyi “böyük texnologiya şirkətləri” günahkardır.