Tramp Aİ-ni yenidən rüsumlarla hədələdi - "Rusumlar tətbiq ediləcək..."

ABŞ prezidenti Donald Tramp Aİ-dən gələn mallara rüsum tətbiq etmək niyyətindən əl çəkmədiyini bildirib.

Bizimxeber.az bildirir ki, bu barədə "Financial Times" nəşri məlumat yayıb. 

O, qeyd edib ki, Avropa ölkələri bizimlə “dəhşətli davranırlar” və Amerika mallarını almırlar.

"Mən Avropa İttifaqına tariflər tətbiq edəcəyəmmi?... Mütləq. Bizim maşınlarımızı götürmürlər, kənd təsərrüfatı məhsullarımızı almırlar, əsasən, demək olar ki, heç nə almırlar", - Amerika prezidenti deyib.

ABŞ prezidenti etiraf edib ki, AB ilə yanaşı, Çin və Kanadaya tətbiq edəcəyi yeni tariflər bazarda bəzi  problemlər yarada bilər, lakin eyni zamanda əlavə edib ki, bu, ölkənin ticarət kəsirini azaltmağa kömək edəcək: "Tariflər bizi çox zəngin və çox güclü edəcək", - Tramp deyib.