Tramp ABŞ yəhudilərini yenə tənqid etdi

ABŞ-ın keçmiş prezidenti Donald Tramp növbəti dəfə ABŞ-da yaşayan yəhudiləri tənqid edib.

Bizimxeber.az bildirir ki, o efirdən  - “Heç bir prezident İsrail üçün məndən daha çox iş görməyib. Təəccüblüdür ki, bizim evangelistlərimiz bunu yəhudi inancına mənsub insanlardan, xüsusən də ABŞ-da yaşayanlardan daha çox qiymətləndirirlər. İsraildə yaşayanları kənara qoyuram. ABŞ yəhudiləri birlikdə hərəkət etməli və İsraildə nəyə sahib olduqlarını müəyyənləşdirməlidir. Çox gec olmadan!”.

Trampın ABŞ yəhudilərini tənqid etməsi ilk dəfə deyil. Keçən ilin dekabrında israilli jurnalist Barak Ravidə müsahibə verən keçmiş prezident  - “ABŞ-dakı yəhudi xalqı ya İsraili sevmir, ya da İsrailə əhəmiyyət vermir” demişdi.