ABŞ prezidenti Donald Tramp Mərkəzi Kəşfiyyat İdarəsinin erməni əsilli keçmiş zabiti Maykl Kavoukjianı Norveçə səfir təyin edib.
Bizimxeber.az bildirir ki, Tramp bu barədə öz hesabında yazıb.
O qeyd edib ki, vəkil əvvəllər MKİ-nin əməkdaşı olub. Kavoukjian Stanford Universitetinin və Harvard Hüquq Məktəbinin məzunudur.
Bu arada The New York Times yazıb ki, o, Respublikaçılar Partiyasına külli miqdarda pul bağışlayıb. Xüsusilə, 2024-cü ildə Trampın seçki kampaniyasına 700 min dollar töhfə verib.