Tramp 2024 -cü ildə prezident seçkilərinə qatılacaq

ABŞ -ın keçmiş prezidenti Donald Tramp, 2024 -cü ildə keçiriləcək prezident seçkilərində iştirak edə biləcəyini açıqlayıb.

Bizimxeber.az "Fox News"-a istinadən bildirir ki, o bunu ölkədəki mövcud vəziyyətlə əlaqələndirib: "Hazırkı vəziyyət məni məcbur edir ki, seçkilərə qatılım. Düşünürəm ki, seçimimiz olmayacaq ... Sadəcə seçimimiz olmadığına yaxınlaşırıq". 

O, həmçinin əlavə edib ki, hazırkı prezident Co Baydenin hərəkətləri Amerika cəmiyyətində fikir ayrılığını gücləndirir: "Onlar hamını birləşdirmək istədiklərini, inklüziv olmaq istədiklərini, lakin əhatəli olmadıqlarını söyləməyə davam edirlər".

Qeyd edək ki, Tramp Əfqanıstanda baş verənlərdən sonra Baydenə istefa verməyi təklif etmişdi.