Tramp Harrislə növbəti debatdan imtina etdi

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp oktyabrın sonunda demokratların rəqibi Kamala Harrislə debatların yeni raundunun keçirilməsi təklifindən imtina edib.

Bizimxeber.az bildirir ki, bu barədə o,Donald Tramp özünün “Truth” sosial şəbəkəsində yazıb.

Tramp imtinasını əvvəlki iki debat raundunda - Co Bayden və Harrisə qarşı "qalib gəldiyi", seçki kampaniyasında partnyoru JD Vance isə Tim Valza "asanlıqla qalib gəlməsi" ilə əsaslandırıb. 

O, həmçinin "sandıqlarda lider olduğunu" və "fərqin hər gün daha da genişləndiyini" və bütün əsas ştatlarda "liderliyini" iddia edir.

Reuters xəbər verir ki , Trampın yazısı Fox News telekanalının ABŞ prezidentliyinə namizədlər arasında debatların yeni mərhələsinin keçirilməsini təklif etməsindən sonra ortaya çıxıb.