Toyda baş verən yanğında 450-dən çox adam ölüb

İraqın şimalındakı Nineva əyalətində toyda baş verən yanğında 450-dən çox adam ölüb və ya yaralanıb.

Bizimxeber.az bildirir ki, bu barədə İraqın Qızıl Aypara təşkilatı X sosial şəbəkəsində məlumat yayıb. 

“Əl Ərəbiyyə” telekanalı Mosulun şərqində şadlıq saraylarından birində baş verən yanğında ölənlərin sayının 120-yə çatdığını, 200-dən çox insanın yaralandığını bildirmişdi. 

İraq mediasının məlumatına görə, polis yanğının yanğın təhlükəsizliyi qaydalarına əməl olunmayan qapalı ərazidə atəşfəşanlıqdan istifadə edilməsi səbəbindən baş verdiyini ehtimal edir.

Xəbərlər