Tovuzda təhlükə - Küçə iti azyaşlı qızla qadının üzünü parçaladı

Tovuz rayonunda sahibsiz it sakinlərə hücum edib.

Son 3 gündə Tovuz Rayon Xəstəxanasının Acil şöbəsinə 20 nəfərdən çox şəxs it dişləməsi ilə müraciət edib. Onların əksəriyyətinə quduzluq əleyhinə vaksin vurularaq ambulator müalicə təyin edilib. Lakin küçə itləri Gülər adlı azyaşlı qızla Taqət adlı qadının üzünü parçaladığı və vəziyyətləri ağr qiymətləndirildiyi üçün onların Tovuzdan Bakıya göndərilməsinə qərar verilib. Hər iki şəxs paytaxtdakı ixtisaslaşmış xəstəxanaya yola salınıb.

Hazırda Gülər və Taqət adlı Tovuz sakinlərinin müalicəsi istiqamətində iş aparılır.