Tovuz RİH anım, hüzn günləri, dövlət və peşə bayramları ilə əlaqədar keçiriləcək tədbirlərin təşkilinə 141.5 min xərcləyəcək.
Tovuz Rayon İcra Hakimiyyəti (RİH) büdcədənkənar vəsait hesabına rayon ərazisində il ərzində anım günləri, hüzn günləri, dövlət və peşə bayramları ilə əlaqədar keçiriləcək tədbirlərin təşkilinə 141 570 AZN xərcləyəcək.
Bizimxeber.az bildirir ki, RİH “RR Travel Company” MMC ilə müqavilə bağlayıb. İşlər 2025-ci ili əhatə edir.